Ərdoğanın Zəngilana səfəri başlayıb

11:39 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri başlayıb.

 

Hafta.az xəbər verir ki, Türkiyə lideri artıq yola düşüb. Səfər birgünlük nəzərdə tutulub.

 

Məlumata görə, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Qarabağda ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.  

 

Bundan əlavə, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərinə qatılacaq.

 

Siyasət rubrikasından digər xəbərlər